Xeyriyyə matçında Şumaxer üçün təsirli mesaj - FOTOLAR
Bizi izləyin

İdman

Xeyriyyə matçında Şumaxer üçün təsirli mesaj - FOTOLAR

Xeyriyyə matçında Şumaxer üçün təsirli mesaj - FOTOLAR

Monakoda “Nazionale Piloti” ilə knyaz II Albertin rəhbərlik etdiyi “ulduzlar komandası” arasında keçirilən xeyriyyə matçının iştirakçıları Mixael Şumaxerə dəstək olublar.

Publika.az xəbər verir ki, baş tutan qarşılaşma zamanı elektron tablolarda “Мixael, biz sənin üçün darıxdıq. Gələn il meydanda olmanı istəyirik” yazıları işıqlandırılıb.

Qeyd edək ki, uzun illər idi ki, Şumaxer “Nazionale Piloti” komandasının kapitanı idi. Bu dəfə isə kapitanlıq sarğısı Fernando Alonsonun qolunda olub.

Qarşılaşmada pilotların komandası məğlub olub( 2:3).

Xatırladaq ki, dağda xizək sürərkən yıxılan və beyni zədələnən “Formula –1” çempionu Mixael Şumaxer uzun müddət komada qaldı. Hazırda onun durumunda irəliləyiş olduğu bildirilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm