
“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini sabiq komandası “Mançester Siti” haqda maraqlı açıqlama verib. Publika.Az xəbər verir ki, Mançini “MY”də aparıcı futbolçuları özünün gətirdiyini bildirib:
“Pelleqrini işinin öhdəsindən yaxşı gəlir. Amma bu komandanı 3 il əvvəl mən yaratmışam.
Mançesterdə etdiklərim üçün xoşbəxtəm. Hazırda klubda fərqlənən futbolçuları ora mən gətirmişdim.