AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM
Bizi izləyin

İdman

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində üçüncü yarış günü başa çatıb.

Publika.az xəbər verir ki, Polşa ilə qarşılaşan millimiz yenə də inamlı qələbə qazanıb - 3:0 (25:14, 25:21, 25:23).

Digər oyunların nəticələri:

A qrupu

Azərbaycan - Polşa 3:0
Almaniya - Macarıstan 3:1

B qrupu

Gürcüstan - Belarus 0:3
Xorvatiya - İtaliya 2:3

C qrupu

Bolqarıstan - Türkiyə 3:2

D qrupu

Belçika - Serbiya 1:3
Çexiya - Niderland 1:3

Sabah A qrupunda Almaniya - Azərbaycan, C qrupunda isə Türkiyə - Ukrayna, Rusiya - Bolqarıstan oyunları keçiriləcək. Bununla da qrup mərhələsinə yekun vurulacaq.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək AÇ-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın 1/4, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm