Mançesterdə şok məğlubiyyət
Bizi izləyin

İdman

Mançesterdə şok məğlubiyyət

Mançesterdə şok məğlubiyyət

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Publika.az xəbər verir ki, ötən gecə daha bir görüş baş tutub.

Xatırladaq ki, ilk oyun günündə "Mançester Siti" səfərdə "Vest Hem"lə qarşılaşmış və 3 cavabsız qolla qalib gələrək finala adlamışdı.

Digər yarımfinal görüşündə isə "Mançester Yunayted" ilk oyunda uduzduğu "Sanderlend"i qəbul edib. Görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Nəticədə, finala vəsiqənin sahibini penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Zərbələri daha dəqiq yerinə yetirən "Sanderlend" "qırmızı şeytanları" mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

İngiltərə Liqa Kuboku

Yarımfinal (cavab oyunları)

21 yanvar

Vest Hem - Mançester Siti - 0:3 (ilk oyun - 0:6)

22 yanvar

Mançester Yunayted - Sanderlend 2:1 (penaltilərlə - 1:2) (ilk oyun - 1:2)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm