Messi “Qızıl buts” sayında Ronaldoya çatdı - - FOTOLAR
Bizi izləyin

İdman

Messi “Qızıl buts” sayında Ronaldoya çatdı - - FOTOLAR

Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi “Qızıl buts” mükafatına layiq görülüb.

Publika.az xəbər verir ki, 30 yaşlı forvard buna 2016/17 mövsümündə La Liqada 34 oyuna 37 qol vurmaqla nail olub. Mükafat ulduz futbolçuya bu gün təqdim olunub. “Qızıl buts”u ona ötən mövsüm bu mükafatı qazanmış komanda yoldaşı Luis Suares təqdim edib.

Bu, Messinin 4-cü “Qızıl buts”u olub. Argentinalı forvard daha əvvəl 2009/10 (34 qol), 2011/12 (50 qol) və 2012/13 (46) mövsümlərində bu mükafatı qazanıb.

Beləliklə, Messi bu göstəricidə “Real”ın hücumçusu Kriştiano Ronaldoya çatıb. Portuqaliyalının da eyni sayda “Qızıl buts”u var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm