İspan jurnalist “Qarabağ”ın Çempionlar Liqasına TƏSİRİNİ BELƏ İZAH ETDİ
Bizi izləyin

İdman

İspan jurnalist “Qarabağ”ın Çempionlar Liqasına TƏSİRİNİ BELƏ İZAH ETDİ

İspaniyanın "Mundo Deportivo" nəşri bu il Çempionlar Liqasında ilk dəfə iştirak edən “Qarabağ”ın liqaya göstərdiyi təsirlərdən yazıb.

Publika.az xəbər verir ki, "Kopenhagen" - "Atletiko": "Qarabağ"ın qurbanlarının kəsişməsi" adlı məqalədə adı çəkilən hər iki klubun məhz “Qarabağ”a görə indi Çempionlar Liqasında deyil, qitənin ikinci dərəcəli yarışında üz-üzə gəldiyi vurğulanıb.

İspaniyalı jurnalist Çemo Fuente "Qarabağ"ın ilk olaraq pley-offda "Kopenhagen"i səfərdə vurulan qolla keçdiyini və tarixində ilk dəfə qrupa düşdüyünü xüsusi qeyd edib. Daha sonra bildirib ki, danimarkalılar kimi "Atletiko"nun da ÇL planlarının üstündən Azərbaycan təmsilçisi xətt çəkib. Komandanın qrupda "Qarabağ"la üzləşəcəyi məlum olduqda hər kəs bu matçlara 3 xallıq yanaşsa da, "göy-ağlar" hər iki oyunda heç-heçə (0:0; 1:1) edərək, Simeonenin komandasını Çempionlar Liqasının 1/8 finalından kənar qoyub.

"Mundo Deportivo" məhz bu səbəbdən ÇL-də daimi iştirakçı sayılan "Kopenhagen" və hər dəfə qrupdan çıxmağa alışmış "Atletiko"nun üzləşdiyi arzuolunmaz vəziyyətdə "Qarabağ"ı "günahlandırıb" və onları Ağdam klubunun qurbanları adlandırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm