Hamının unutduğu Əli Rəhmanovun doğum günüdür
Bizi izləyin

İdman

Hamının unutduğu Əli Rəhmanovun doğum günüdür

Hamının unutduğu Əli Rəhmanovun doğum günüdür

Bu gün Azərbyacanın məşhur futbolçularından olan mərhum Əli Rəhmanovun doğum günüdür.

Publika.az xəbər verir ki, Əli Rəhmanov uzun müddət “Neftçi”nin şərəfini qoruyub, bu komandanın kapitanı olub. Rəhmanov 1967-ci ildə 20 yaşında “Neftçi”yə gəlib. İlk mövsümündə güclülər dəstəsində cəmi 1 oyuna çıxıb. 1968-ci ildə isə 25 oyun keçirib, 4 qol vurub. Rəhmanov ümumilikdə “Neftçi”nin heyətində 259 çempionat, 27 kubok matçına çıxıb. Bu oyunlarda 32 qol vurub. 1967-ci ildən 1979-cu ilə qədər “Neftçi”də çıxış edib.

Çox təəssüf ki, internet qaynaqlarından Əli Rəhmanovla bağlı hər hansı bir bilgi əldə etmək mümkün olmadı. Onun haqda məlumatı Publika.az-a “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verdi.

Mərhum futbolçunun şəkillərini isə saytımıza “Neftçi”nin veteran futbolçusu, bir vaxtlar Rəhmanovla birgə çıxış etmiş Asəf Namazov təqdim etdi. Namazaov Rəhmanovla bağlı fikirlərini də Publika.az-la bölüşdü:

“Bizdə adətdi, öləndən sonra hamını tərifləyirlər. Ancaq mübaliğəsiz deyirəm, Əli Rəhmanovun belə tərifə ehtiyacı yoxdu. O, heç nədən və heç kimdən çəkinməyən, daim haqqı müdafiə edən, sözü üzə deyən bir insan idi. Həmişə ədalətli olmağa çalışırdı. Onun sözü üzə deməyi, ədalətli olması kimlərinsə xoşuna gəlmirdi. Elə müstəqillik dönəmində də futbolumuzun problemlərini çəkinmədən o vaxtkı AFFA rəhbərliyinin üzünə deyirdi. Bir sözlə, Əli Rəhmanov yaxşı futbolçu olmaqla bərabər, həm də yaxşı insan idi. Çox təəssüf ki, onu tez itirdik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm