Voleybolçularımız Portuqaliya yığmasını məğlub etdi
Bizi izləyin

İdman

Voleybolçularımız Portuqaliya yığmasını məğlub etdi

Voleybol üzrə Azərbaycan millisi Portuqaliya yığmasına qalib gəlib.

Voleybol üzrə Azərbaycan millisi Portuqaliya yığmasına qalib gəlib.

Mayın 30-da qadın voleybol komandaları arasında Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində növbəti oyun keçirilib.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunmuş yarışda Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəlib.

Turnir cədvəlinə 13 xalla Bolqarıstan yığması liderlik edir. Azərbaycan millisi 12 xalla ikinci, Yunanıstan kollektivi isə 3 xalla üçüncü pillədə qərarlaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm