III Qəbələ Kuboku bitdi: kubok Belçikaya getdi
Bizi izləyin

İdman

III Qəbələ Kuboku bitdi: kubok Belçikaya getdi

Bu gün III Qəbələ Kubokuna yekun vurulub. Son oyun günündə 4 matç baş tutub.

Bu gün III Qəbələ Kubokuna yekun vurulub. Son oyun günündə 4 matç baş tutub.

7-ci yer uğrunda matçda "Neftçi" "Lokomotiv"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzaraq sonuncu olub. 5-ci yer uğrunda oyunda "Liverpul"la "Udineze" qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyasıda qələbə qazanan (6:5) italyanlar turniri 5-ci yerdə başa vurub.

"Qəbələ" və "Rapid" üçüncü yerin sahibini müəyyənləşdirmək üçün meydana çıxıb. Avstriya təmsilçisi 2:0 hesabı ilə qalib gələrək bürünc medallara sahib çıxıb. "Qəbələ" isə təşkilatçısı olduğu turniri dördüncü yerdə başa vurub.

Final matçı "Fənərbaxça" və "Anderlext" arasında keçirilib. Belçika təmsilçisi 1:0 hesablı qələbə qazanaraq III Qəbələ Kubokunun qalibi olub.

III Qəbələ Kuboku

1 iyun

7-ci yer uğrunda

Neftçi - Lokomotiv 0:1

Qol: Mixail Aqeyev (penalti).

5-ci yer uğrunda

Liverpul - Udineze 1:1 (penalti - 5:6)

Qollar: Cekson MkKeve - Daniele Pierre.

3-cü yer uğrunda

Qəbələ - Rapid 0:3

Qollar: Endi Alvanits, Feliks Höpler, Kevin Pfaff.

Final

Anderlext - Fənərbaxça 1:0

Qol: Albert-Mboyo Sambi Lokonqo.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm