FİFA Belçikanın qələbəsini ləğv etdi
Bizi izləyin

İdman

FİFA Belçikanın qələbəsini ləğv etdi

FİFA Belçikanın qələbəsini ləğv etdi

FİFA mayın 26-da baş tutan Belçika-Lüksemburq yoldaşlıq görüşünün nəticəsini ləğv edib.

Publika.az xəbər verir ki, buna səbəb Belçika millisinin matçda 7 əvəzləmə etməsi olub.

Baş məşqçisi Mark Vilmots FİFA-nın yoxlama görüşlərində maksimum 6 oyunçu dəyişikliyi qaydasını pozduğu üçün həmin oyunun nəticəsi və statistikası qurumun bazasından silinib.

Qeyd edək ki, sözügedən oyunda Belçika 5:1 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm