“Qəbələ” Küveytə qalib gəldi (Fotolar)
Bizi izləyin

İdman

“Qəbələ” Küveytə qalib gəldi (Fotolar)

“Qəbələ” Küveytə qalib gəldi

Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilər komandası toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, "qırmızı-qaralar" bu dəfə Kuveytin U-21 millisi ilə münasibətlərinə aydınlıq gətirib.

Matç "qırmızı-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolu Murad Musayevin aktivinə yazılıb. O, matçın 21-ci dəqiqəsində penalti vuruşundan fərqlənib.

Xatırladaq ki, "Qəbələ" matçın ilk hissəsində əvəzedici heyətlə, ikinci hissədə isə U-19 komandası ilə meydana çıxıb.

Luis Araqonun yetirmələri növbəti oyununu "Antalyaspor"un U-19 komandasına qarşı keçirəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm