Ulduz futbolçu mundialdan kənarda qaldı
Bizi izləyin

İdman

Ulduz futbolçu mundialdan kənarda qaldı

Daha bir ulduz futbolçu iyunun 12-i başlanacaq dünya çempionatını kənardan izləməli olacaq.

Daha bir ulduz futbolçu iyunun 12-i başlanacaq dünya çempionatını kənardan izləməli olacaq.

Almaniya Futbol Federasiyasının saytının yaydığı xəbərə görə, Almaniya millisinin aparıcı futbolçusu Marko Roysun adı DÇ-2014-ə sifariş olunan 23 nəfərlik siyahıdan çıxarılıb. Buna hücumçunun dünən Ermənistanla yoldaşlıq matçında zədələnməsi səbəb olub.

Tibbi müayinədən keçən Roysun zədəsinin ciddi olduğu və dünya çempionatına qədər sağala bilməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, Roysun əvəzinə heyətə Şkordan Mustafi daxil edilib.

Xatırladaq ki, bundan əvvəl Frank Riberi (Fransa), Radamel Falkao (Kolumbiya), Rafael van der Vaart (Hollandiya) kimi ulduz futbolçular da zədə səbəbindən heyətdən çıxarılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm