Rok musiqisinin vətənində - FOTOLAR
Bizi izləyin

İdman

Rok musiqisinin vətənində - FOTOLAR

Rok musiqisinin vətənində - FOTOLAR

Braziliyada keçiriləcək dünya çempionatının startına az qaldığından Publika.az da mundialla bağlı xəbərlərin yükünü çoxaldıb.

Oxuculara dünya çempionatı ilə bağlı ən xırda məlumatları belə çatdırmağa cəhd edirik. Maraqlı olacağını nəzərə alıb, oxuculara çempionatın keçiriləcəyi şəhərlər haqqında qısa məlumat vermək istəyirik. Növbəti səyahətimiz Braziliyanın Belu-Orizonti şəhərinə olacaq.

Belu-Orizonti portuqal dilindən “Gözəl Horizont” anlamını verir. Lakin əhali əsasən “Beaga” adından istifadə edir. 1897-ci ildə əsası qoyulan şəhər dəniz səviyyəsindən 858 metr hündürlükdədir. Qeyd edək ki, Belu-Orizonti Vaşinqton şəhərinin qurucu memarları tərəfindən salınıb. Şəhər əhalisinin 30 faizini İtaliyadan gəlmələr təşkil edir.

Rusiya və Avropa ölkələri ilə müqayisədə Belu-Orizontidə cinayətkarlıq daha çox, digər Braziliya şəhərləri ilə müqayisədə isə orta səviyyədədir. Cinayətkarlığa daha çox gecəqondu yaşayış məskənlərində rast gəlinir. Şəhər Sepultura, Jota Quest, Overdose, Soulfly kimi bir sıra tanınmış rok musiqi qruplarının vətənidir.

Dünya çempionatının futbol matçları “Mineyrao”stadionunda keçiriləcək. stadion 70 min tamaşaçı tutumuna malikdir. Bu arenada aşağıdakı qarşılaşmalar keçirilicək.

14 iyun. Kolumbiya-Yunanınstan (C qrupu)

17 iyun. Belçika-Əlcəzair (H qrupu)

20 iyun. Argentina-İran (F qrupu)

24 iyun. Kosta-Rika-İngiltərə (D qrupu)

28 iyun. 1/8 final matçı

8 iyul. Yarımfinal

Braziliyada ilk metropoliten məhz Belu-Orizonti şəhərində açılıb. Şəhər park, muzey, rəqs məktəbi, botanika bağı və zooparklarla zəngindir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm