İdman
Olimpiadaya daha bir lisenziya qazandıq
Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Publika.az xəbər verir ki, qızıl medal qazanan Turan Bayramov həm də oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Bayramov finalda rusiyalı Maqomed Abdulkadirova 9:0 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.
Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) gümüş, Əlihəsən Əmirli (48 kq) bürünc medala sahib olub.
Daha əvvəl qadın güləşçi Şahanə Nəzərova (43 kq) da olimpiadaya lisenziya qazanıb. O, Avropa çempionatında finala yüksəlib.
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada