İngilislər Rusiyanı TƏHDİD ETDİ: "III Dünya Müharibəsi..."
Bizi izləyin

İdman

İngilislər Rusiyanı TƏHDİD ETDİ: "III Dünya Müharibəsi..."

İngiltərəli futbol azarkeşləri Rusiyada keçiriləcək Dünya Çempionatını təhdid ediblər.

Publika.az xəbər verir ki, azarkeşlər çempionatı III Dünya Müharibəsinə çevirəcəklərini deyiblər.

“Daily Star” qəzetinə açıqlama verən bir neçə radikal niyyətli azarkeş qrupu Rusiyaya getmək haqqında qərar verdiklərini bildirib:

“Əgər insanlar bütün bunların bir zarafat olduğunu düşünürsə, orada futbol oynayıb, içki içib söhbət edəcəyimizi zənn edirsə, yanılır. Elə bir şey olmayacaq. Ruslar onları nələr gözlədiyini bilmir. Bu, dünya savaşı olacaq. Üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci”.

Azarkeş qrupu bildirib ki, fanatların bir qismini artıq Rusiyaya, Dünya Çempionatında ingilisləri qorumaq üçün bilgi toplamağa göndəriblər: “Orada müdafiə kimi bir şey yoxdur. Oraya iyirmi dörd min futbol azarkeşi gedəcək və biz olmadan onlar toyuq kimi olacaqlar”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm