Messiyə qarşı oynamaqdan imtina edən Donald "Qarabağ"dan gedir? - Özü açıqladı
Bizi izləyin

İdman

Messiyə qarşı oynamaqdan imtina edən Donald "Qarabağ"dan gedir? - Özü açıqladı

“Qarabağ”ın haitili yarımmüdafiəçisi Donald Gerrye haqqında çıxan transfer iddialarına münasibət bildirib.

Publika.az xəbər verir ki, futbolçu instaqram hesabından açıqlama verərək İtaliya A seriyasının klublarından birinə keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

O, Ağdam klubunda qalacağını bildirib: “İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim klubumla daha bir illik müqaviləm var. "Qarabağ"dan getmirəm”.

Qeyd edək ki, Donald Gerrye ötən ilin yayından “Qarabağ”ın şərəfini qoruyur. Haitili futbolçu liqanın başa çatmasından istifadə edərək ailəsi ilə birlikdə Mayamiyə istirahətə gedib və tətilini əvvəlcədən planlaşdırdığı üçün Haiti millisinin tərkibində Argentina yığmasına qarşı oynamaqdan imtina edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm