“Barselona”da yeni prezident
Bizi izləyin

İdman

“Barselona”da yeni prezident

“Barselona”da yeni prezident

"Barselona"nın prezidenti Sandro Rosellin istefası bağlı xəbər vermişdik. Publika.az xəbər verir ki, klub rəhbəri gecə saatlarında bunu "Barça TV" vasitəsilə rəsmən özü də açıqlayıb.

Neymarın transferində heç bir qanunsuz iş görmədiyini deyən keçmiş preziden, Kataloniya klubunun adına zərər verməmək üçün belə bir addım atdığını bildirib: "Burada yaxşı və pis vaxtlarım olub.

Ailəm və mən dəfələrlə təhdidlərə məruz qaldıq. Son günlər haqsız yerə tənqid olundum. Neymarın transferində edilən hər şey düzgün idi.

Ancaq klublar üçün gizlilik mühüm məsələdi."Barselona"nın adına zərər gəlməsini istəmirəm. Bu səbəbdən istefa verirəm. Burada çalışan hər kəsə, oyunçulara, məşqçilərə təşəkkürümü bildirirəm".

Artıq komandanın yeni prezidenti də bəllidi. Sandronun vəzifəsini 2016-cı ilə qədər hazırkı vitse-prezident Xose Maria Bartomeu icra edəcək. Məhz həmin vaxt yeni prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, 2010-cu ildən “Barselona”nın prezidenti olan Rossellin, Neymarın transferindən 40 milyon avro mənimsədiyi iddia edilir. Bununla əlaqədar iş artıq məhkəmə tərəfindən qəbul olunub. Əgər ittihamlar sübuta yetirilsə, Roselli 8 il həbs cəzası gözləyir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm