Fransa və İsveçrə 1/8 finalda - Yenilənib
Bizi izləyin

İdman

Fransa və İsveçrə 1/8 finalda - Yenilənib

E qrupunda 1/8 final mərhələsinə Fransa və İsveçrə milliləri vəsiqə qazanıb. Qrupun son oyununda Fransa Ekvadorla qolsuz bərabərə qalıb. İsveçrə isə Xerdan Şaqirinin vurduğu qollarla Hondurası 3-0 hesabı ilə məğlub edib. Beləliklə qrupdan lider kimi 7 xalla Fransa , 6 xalla isə ikinci pilləni tutan İsveçrə 1/8 finala vəsiqə qazanıblar.

02:32

Xerdan Şaqiri bu oyunda het-trik edir. O, özünün və komandasının 3-cü qolunu vuraraq İsveçrənin 1/8 finala bir addım da yaxınlaşdırır.

01:32

İsveçrə - Honduras oyununda artıq birincilər 2 top fərqi ilə hesabda irəlidədir. İsveçrənin qollarını Xerdan Şaqiri 6 və 31-ci dəqiqələrdə vurub.

01:00

Braziliyada keçirilən dünya çempionatında 3-cü turun oyunları davam edir.

E qrupunda Ekvador növbəti mərhələyə adlamaq üçün Fransanı məğlub etməlidir. İsveçrə isə 1/8 finala adlamaq üçün qrupun aşkar autsayderi Hondurasa mümkün qədər böyük hesabla qalib gəlib Ekvador – Fransa oyununun nəticəsini gözləməlidir.

01.00 Ekvador – Fransa

01.00 İsveçrə - Honduras

Oxumağa davam et
Reklam
Reklam

Gündəm