Prezident sevincindən küçəyə qaçdı
Bizi izləyin

İdman

Prezident sevincindən küçəyə qaçdı

Prezident sevincindən küçəyə qaçdı

Dünya çempionatının 1/8 final mərhələsində Kosta Rikanın Yunanıstana qalib gəlməsi bu ölkədə böyük coşquya səbəb olub.

Xalq küçələrə axışaraq qələbəni qeyd edib. Publika.az xəbər verir ki, Kosta-Rika prezidenti Luis Qilermo da emosiyalarına hakim ola bilməyib. Qarşılaşmanı ailəsi ilə birlikdə evində izləyən prezident, oyundan dərhal sonra ölkənin bayrağını götürərək küçəyə qaçıb. Sadə insanlarla qələbəni bayram edən prezident “facebook” səhifəsində fikirlərini də bölüşüb:

“Biz bunu bacardıq. Bizim futbolçular sadəcə möhtəşəmdir. İrəli! Mən inanıram, siz hər şey etməyə qadirsiz”.

Qeyd edək ki, 1/4 finalda Kosta-Rika Hollandiya ilə qarşılaşacaq. Oyun iyulun 5-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm