AFFA növbəti biabırçılığa hazırlaşır
Bizi izləyin

İdman

AFFA növbəti biabırçılığa hazırlaşır

AFFA növbəti biabırçılığa hazırlaşır

Azərbaycan Premyer Liqasında legioner limitinə yenidən baxılacaq. Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.

Ötən il avqustun 14-də keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasında 2014/15 mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunub və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdı.

Musayevin sözlərinə görə, martın 7-də keçiriləcək AFFA-nın konfransında bu məsələyə bir daha qayıdılacaq: “Biz klubların da fikirlərini nəzərə almalıyıq. Mən klub rəhbərləri ilə görüşdüm. Hamı 21 yaşadək daha bir yerli futbolçunun oynadılmasına qarşı çıxdı.

Hazırda klub rəsmisi olmasam da, birgə çalışdığımdan, onların tərəfində olmalıyam və fikirlərini həm AFFA rəhbərliyinə, həm də İK üzvlərinə bildirməliyəm. Mənim İK-da səs vermək hüququm yoxdu.

İclasa qonaq kimi dəvət alıram. Bununla belə, ötən iclasda etirazımı bildirmişəm. Amma qərar səsvermə yolu ilə qəbul olunub”.

Musayevin fikrincə, klublarda legioner sayını 5-ə də endirmək olar. Amma bu məsələdə klubların da mənafeyi nəzərə alınmaqla, ortaq məxrəcə gəlinməlidi: “Bütün klublardakı legionerlərin siyahısı bizdədi. İnşallah, qaldırıb baxarıq görək, hər klubda neçə legioner, onların neçə illik müqavilələri var.

Klublar var ki, onlar 10 legionerə malikdi, hərəsi ilə 2 illik müqavilə bağlanılıb. Legioner limitini 7-dən 5-ə endirsək, insafsızlıq olar. Ona görə də oturarıq, baxarıq, ortaq məxrəcə gələrik. Klublar da razı qalar, biz də razı qalarıq”.

Görünüdüyü kimi, AFFA avqustda qəbul etdiyi qərarı qüvvəyə minməmiş ləğv etməyə hazırlaşır. Əslində qərar qəbul olunarkən mətbuat bunun peşəkar prinsip və analizə əsaslanmadığını bildirmişdi.

AFFA rəsmiləri hər hansı qərar qəbul edərkən Azərbaycan futbolunun real durumunu nəzərə almırlar, kimlərinsə şəxsi maraqlarına xidmət edən addımlar atırlar.

Elə ona görə də qəbul etdikləri qərarları qüvvəyə minməmiş ləğv edirlər. Bununla da Azərbaycan futbolunun inkişafına ziddi zərbə vururlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm