• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın ən ağırçəkili futbolçuları – VİDEO

  • İdman
  • 30 İyul 2014 16:12
  • 1 808 Baxış
Dünyanın ən ağırçəkili futbolçuları – VİDEO

Çəkisi 100 kilodan artıq olan futbolçu. Yəqin ki, təəccübləndiniz.

Amma belələri var. Publika.az dünyanın ən ağırçəkili 10 futbolçusunu təqdim edir:

1.Kristofer Samba -100 kilo. Hazırda Moskva “Dinamo”sunda çıxış edir.

2.101 kilo çəkiyə sahib Adriano yenidən futbola qayıtmaq istəyir. Anacaq hələ ki, alınmır. Sonuncu klubu “Atletiko Paranense”də meydana çıxmadı, 2 aydan sonra isə müqaviləni pozdu.

3.102 kiloluq Brayt Dork Amerikada doğulub, “Toronto”da yetişib.

4. 120 kiloluq argentinalı hücumçu Kristian Fabianninin ləqəbləri: Tank, Şrek, piy. Hazırda Boliviya çempionatında oynayır.

5.”Mançester Siti”nin keçmiş qapıçısı (hazırda “Sanderlend”dədir) Kostel Pantilimonun 103 kiloluq çəkisi onun boyunun uzun olmasının nəticəsidir.

6.104 kiloluq Bobbi Hopkinsi bu yaxınlarda İngiltərənin 7-ci divizionunda çıxış edən “Truro Siti”dən qovublar.

7. 104 kilo çəkisi olan braziliyalı futbolçu Fabao indiyə qədər Livan, Qətər və Suriyada top qovub.

8. “Dallas”ın qapıçısı Kris Seyt 108 kilo çəkiyə sahibdir.

9. Bu mövsümdən “Uimbldon”da çıxış edəcək Adebayo Akinfenva çəkisini 108 kilodan aşağı sala bilməsə, çətin ki, heyətə düşə bilsin.

10. Dünya futbolunun ən uzun boylu oyunçularından olan (208 sm) Kristof van Hautun çəkisi də az deyil -110 kilo. O, adətən “Genk”in ehtiyat oyunçular skamyasında oturur.

Rumıniyanın 4-cü divizion komandasının 130 kiloluq qapıçısı Daniel Badislavın videosu da bu yazının bonusu olsun.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR