Nazim Süleymanov “Neftçi”yə xəbərdarlıq etdi
Bizi izləyin

İdman

Nazim Süleymanov “Neftçi”yə xəbərdarlıq etdi

Nazim Süleymanov “Neftçi”yə xəbərdarlıq etdi

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi" rəqibi Gürcüstan “Çixura”sıdır. Təcrübəli mütəxəssis Nazim Süleymanovun bu görüşlə bağlı fikirlərini öyrəndik. Publika.az-a danışan mütəxəssis “Neftçi”nin qələbə qazanacağına ümid etdiyini bildirdi:

“Mənə elə gəlir ki, bu görüş “Neftçi” üçün çətin olmayacaq. Baxmayaraq ki, təlim-məşq toplanışı zamanı bu iki komanda 2 dəfə üz-üzə gəlib və “Neftçi” həmin görüşlərdən məğlub ayrılıb. “Neftçi” “Çixura”nın oyun taktikasına bələddir artıq.

“Neftçi” “Koper”ə ilk oyununda məğlub olsa da, cavab qarşılaşmasında öz oyununu göstərib qisasını aldı. Amma unutmamalıyıq ki, bu, Sloveniya yox, Gürcüstan komandasıdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm