Hava və Ekstremal İdman Növləri Federasiyası mükafata layiq görülüb
Bizi izləyin

İdman

Hava və Ekstremal İdman Növləri Federasiyası mükafata layiq görülüb

Hava və Ekstremal İdman Növləri Federasiyası mükafata layiq görülüb

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı tərəfindən birgə təsis edilmiş “Zəfər-2013” Yüksək İdman Nailiyyətləri Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) “Dağ İdmanının İnkişafındakı Xidmətlərinə Görə” nominasiyasına layiq görülüb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sportsman” jurnalı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın görkəmli idman mütəxəssisləri, tanınmış idmançılar, nazirlik, komitə və şirkətlərin səlahiyyətli nümayəndələri iştirak edib.

Qeyd edək ki, “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı 2008-ci ildə təsis edilib. Formata əsasən, hər ilin yekununda müxtəlif nominasiyalar üzrə ilin qalibləri adına layiq görülmək üçün milli federasiyalar və idman klubları tərəfindən namizədlər irəli sürülür.

Seçim Komissiyası respublikanın görkəmli idman mütəxəssisləri, tanınmış idman jurnalistlərindən təşkil olunur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm