“Qarabağ”la "Neftçi"nin oyunu təxirə salındı
Bizi izləyin

İdman

“Qarabağ”la "Neftçi"nin oyunu təxirə salındı

Futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyun baş tutmayacaq. Mətbuatda yayılan xəbərə görə, superkubok oyunu təxirə salınıb.

Qeyd edək ki, "Qarabağ"la "Neftçi" arasındakı oyun avqustun 13-də keçirilməli idi.

Xəbəri dəqiqləşdirmək üçün Peşəkar Futbol Liqası ilə əlaqə saxladıq. Publika.az-a danışan PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumatın doğru olduğunu dedi: “Avqustun 13-də "Qarabağ" və "Neftçi" arasında Qəbələdə keçirilməsi nəzərdə tutulan oyun klubların qarşılıqlı razılığı əsasında başqa günə keçirilib. Avropa Liqasında çıxışları ilə əlaqədar olaraq "Qarabağ” və "Neftçi" PFL-ə müraciət edərək görüşün başqa tarixdə keçirilməsini istəyib. Peşəkar Futbol Liqası da qarşılaşmanı başqa tarixə keçirib. Oyunun tarixi hələlik məlum deyil. Konkret vaxt deyilməyib”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm