Dünya çempionu bahalı nömrələrini nümayiş etdirdi – FOTOLAR
Bizi izləyin

İdman

Dünya çempionu bahalı nömrələrini nümayiş etdirdi – FOTOLAR

Kikboksinq üzrə 19 qat dünya çempionu Eduard Məmmədov bahalı avtomobil nömrələrini nümayiş etdirib.

E. Məmmədov yeni və köhnə avtomobil nömrələrinin şəklini “Facebook”da paylaşıb. Dünya çempionu nömrənin birini Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən bu gün alıb.

Publika.az xəbər verir ki, onun yeni nömrəsi köhnə nömrəsi ilə eynidir. Sadəcə əvvəlki maşınının nömrəsindəki hərflərin yeri dəyişib.

Əvvəlki nömrə “90-EM-999”, yeni nömrə isə “90-ME-999”dur.

“90-EM-999” dövlət nişanı "Galendevagen G63" markalı avomobilindədir. Bu gün aldığı nömrəsini isə yeni avtomobilində istifadə edəcək. İdmançı özü bu barədə belə açıqlama verib: “90-EM-999 və 90-ME-999. İkisi də məndədir”

Qeyd edək ki, həmin nömrələr 5000 manat dəyərindədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm