Qənirə Paşayeva gənc qız futbolçularla görüşüb
Bizi izləyin

İdman

Qənirə Paşayeva gənc qız futbolçularla görüşüb

Millət vəkili Qənirə Paşayeva gənc qız futbolçularla görüşüb və onlardan daha böyük nəticələr gözlədiyimizi söyləyib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın ən yaxşı futbol klublarından olan və böyük futbol ənənələrinə malik Turan futbol klubunu ziyarət edib.

Ziyarət zamanı gənc qızlardan ibarət heyətin oyunçuları, məşqçilərı, komanda heyəti ilə görüş keçirilib. Ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən futbola ,gənc qızlar arasında da futbola marağın artmasına və peşəkar məşğul olmaq istəyənlərə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini deyən millət vəkili Qənirə Paşayeva böyük futbol ənənələrinə malik Turan futbol klubunun gənc qızlardan ibarət heyətinin bir üzvünün Vüsalə Hacıyevanın artıq Azərbaycanın milli yığmasında oynamasının, iki üzvünün - Könül Məhərrəmova və Ayişə Həsənovanın isə yaxın gələcəkdə milli yığmada oynamaq perspektivinə malik olmasının təqdirəlayiq olduğunu deyib, bunun vacibliyini xüsusi vurğulayıb və onlara uğurlar arzulayıb.

Könül Məhərrəmova və Ayişə Həsənova ilə bağlı xüsusi söhbət edən millət vəkili Qənirə Paşayeva onların gələcək prespektivləri mövzusunda AFFA-nın rəhbərliyi ilə danışacağını deyib.

Tovuzda gənc qızlar arasında futbolun inkişafı üçün böyük potensial olduğunu deyən millət vəkili Qənirə Paşayeva dəstəyin artacağı təqdirdə gənc qızlar arasında dünyada tanınmış futbolçuların yetişəcəyinə inandığını da deyib və AFFA rəhbərliyindən Tovuzda qadın futbolunun inkişafına dəstək və qayğını artırmalarını xahiş edəcəyinə söz verib.

Komandanın rəhbərliyi, məşqçi və oyunçular diqqət üçün təşəkkürlərini bildirərək TURAN klubunun keçmiş söhrətini yenidən bərpa etmək üçün əllərindən gələni etdiklərini, gənclər arasında o cümlədən gənc qızlar arasında böyük potensiallı gənclər olduğunu, komandanın daha yaxşı uğurlar qazanması istiqamətində daha çox dəstəyə ehtiyac duyduğunu bildiriblər və komandanın uğurlarının getdikcə daha da artacağına inandıqlarını bildiriblər.

Görüş maraqlı müzakirələrlə yadda qalıb. Millət vəkili Qənirə Paşayeva TURAN-la bağlı bir neçə dəfə AFFA rəsmiləri ilə görüşlərdə söhbətlər etdiyini deyib və komandaya federasiya tərəfindən göstərilən dəstəyin artmasına görə onlara minnətdarlıq bildirməklə yanaşı görüş zamanı səslənən bəzi fikir və təklifləri AFFA rəhbərliyinə yenidən çatdıracağını deyib və ümidvar olduğunu bildirib ki, Azərbaycanın ən böyük futbol ənənlərində malik komandalar arasında ön sırada olan klublardan olan TURAN-a bütün istiqamətlərdə dəstək daha da artacaq. Çünki buna ciddi ehtiyac var.

Millət vəkili gənc qız futbolçularimizla görüşdən sonra onlarla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov ilə danışıb. Elxan Məmmədov bildirib ki, AFFA tərəfindən Tovuzda gənc qız futbolçularımızın inkişafı, onılara diqqət və qayğının artması istiqamətində səylər də dəstək daha da artacaq. Buna böyük ehtiyac olduğunu deyən Qənirə Paşayeva təşəkkürünü bildirib.Hər bir gənc qız futbolçu ilə xüsusi söhbət edən millət vəkili Qənirə Paşayeva görüşün sonunda müəllifi olduğu kitabları imzalayaraq onlara hədiyyə edib,

TURAN klubunun stadionunda onların məşqlərini izləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm