“Mourinyo icazə vermədi”
Bizi izləyin

İdman

“Mourinyo icazə vermədi”

"Beşiktaş”ın yeni transferi Demba Ba Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Arsenal"la oyunöncəsi maraqlı fikirlər səsləndirib.

Publika.az-ın məlumatına görə, futbolçu "Daily Mail"ə müsahibə verib. Demba Ba müsahibəsində daha öncə sabiq baş məşqçisi Joze Mourinyonun onu "Arsenal"a transfer olunmasına icazə vermədiyini deyib: "Mourinyo qollar vura biləcək futbolçunu çempionluq yolunda ən böyük rəqiblərindən biri olan "Arsenal"a satmaq istəmədi. Bunu mənə özü də etiraf etdi. Nəticədə, "Arsenal"a transferim baş tutmadı. İndi isə "Arsenal"a qarşı oynayacam. Amma bu komandaya transfer olmadığım üçün heç də peşman deyiləm".

Futbolçu qrup mərhələsinə düşmək şanslarının böyük olduğunu da bildirib: “Təbii ki, "Arsenal" cütün əsas favoritidir. Amma biz qrup mərhələsində oynamaq və Çempionlar Liqasında yolumuza davam etmək istəyirik. Gənc və sürətli öyrənən bir komandayıq. Qrup mərhələsinə düşmək şansımız böyükdür”.

Qeyd edək ki, "Beşiktaş"-"Arsenal" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm