Dünya çempionumuzun Tailandda görüntüsü yayıldı - FOTOLAR
Bizi izləyin

İdman

Dünya çempionumuzun Tailandda görüntüsü yayıldı - FOTOLAR

Peşəkarlar arasında kikboksinq üzrə dördqat dünya çempionu Pərviz Abdullayevin yeni fotoları yayılıb. Peşəkar idmançı sosial şəbəkədə Tailandda məşq edərkən çəkilmiş videosunu paylaşıb.

Dördqat dünya çempionu Tailanda getməyinin səbəbi ilə bağlı Publika.az-a danışıb. O, açıqlamasında 37-ci reytinq döyüşünə hazırlaşdığını bildirib: “Hazırda Tailandda təlim-məşq prosesi keçirəm. Bu həftənin sonu Çinə gedəcəm. Çünki orada avqustun 24-də yarışa qatılacam. Çində 37-ci reytinq döyüşüm olacaq. Bu peşəkarlar arasında beynəlxalq yarışdır. Azərbaycandan təkcə mən qatılacağam. Məşqçi kimi heç kim getməyib. Ancaq Çinə promotorum və hollandiyadakı məşqçim Dennis Krauvel gələcək” .

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm