
Avropa Liqasının pley-off matçında "Partizan"ın qonağı olacaq "Neftçi" meydana qırmızı formayla çıxacaq.
Publika.az xəbər verir ki, buna səbəb meydan sahiblərinin qara mayka və şortiki seçməsidi.
"Ağ-qaralar" "Partzian"ın Serbiyada əzəli düşməni olan "Srvena Zvezda"nın rəngini seçməklə rəqibi qıcıqlandırmaq niyyəti güdməyib. Sadəcə, UEFA-ya göndərilən sifariş ərizəsində "Neftçi"nin 3-cü forması kimi məhz qırmızı rənglər göstərilib.
Qeyd edək ki, bu gün baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.