Güləşçi: "Əqidəmdən dönmərəm"- Millidə şiə - vəhhabi qarşıdurması(Özəl) - YENİLƏNDİ
Bizi izləyin

İdman

Güləşçi: "Əqidəmdən dönmərəm"- Millidə şiə - vəhhabi qarşıdurması(Özəl) - YENİLƏNDİ

Şok! Avropa çempionu saqqal saxladığına görə Azərbaycan millisindən qovuldu (Özəl)

Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyev komandanın təlim-məşq toplanışından qovulub.

Saqqal saxladığına görə millidən uzaqlaşdırılan güləşçi: “Əqidəmdən dönmərəm”

Avropa çempionu Elçin Əliyev Publika.Az-a açıqlamasında saqqalına görə təzyiqə məruz qaldığını etiraf etdi:

“Məni qovmayıblar, sadəcə, federasiyadan “saqqalını qırx” dediklərinə görə, özüm millini tərk etmişəm. Düşünürəm ki, biz azad bir ölkədə yaşayırıq. Hər birimizin azad yaşamaq hüququ var.

Kimisə mənə oxşadırlar, nə isə deyirlər, bunun mənə nə dəxli axı? Guya, əstağfurullah, məni vahabi adlandırırlar. Hər kəsin azad yaşamaq hüququ var.

Mənim Allahım hər şeydən üstündür. Əgər məni belə qəbul edəcəklərsə, qayıdacam, yoxsa əsla.

Mən bu idmanda can qoymuşam. Fərid Mansurov, Rövşən Bayramov kimi güləşçilərlə çiyin-çiyinə güləşmişəm. Mən orda olarkan hazırkıların bəziləri heç federasiyanın yolunu da bilməyiblər. Yenə deyirəm, mənim əqidəm var, dinim var. Əqidəmdən dönmərəm”.

***

Elçin Əliyevin yunan-roma güləşi üzrə milli komandadan qovulamsının detalları məlum olub. Publika.az-ın əldə etdiyi məlumata görə, idmançı millinin iranlı baş məşqçisi Çəmşid Xeyrabadinin tələbi ilə komandadan uzaqlaşdırılıb.

Elçin Əliyev sələfi təriqətinə inanc gətirməsi şiə olan iranlı məşqçinin təpkisi ilə qarşılanıb. Nəticədə idmançı qadağaya məruz qalıb.

***

Publika.az-ın əldə etdiyi məlumata görə, buna səbəb idmançının saqqal saxlaması olub. İdmançıdan saqqalını qırxmağı tələb ediblər, o isə bundan imtina edib.

Bundan sonra idmançını təlim-məşq toplanışından uzaqlaşdırıblar.. Ona deyiblər ki, yalnız saqqalını qırxdırdıqdan sonra millinin heyətinə qayıda bilər.

Məsələ ilə bağlı idmançının və federasiya rəhbərliyinin də mövqeyini öyrənmək istədik. Amma onlarla əlaqə saxlamaq mümkün olmadı. Mövzuya qayıdacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm