UEFA türklərin şikayətini rədd etdi
Bizi izləyin

İdman

UEFA türklərin şikayətini rədd etdi

UEFA türklərin şikayətini rədd etdi

UEFA “Trabzonspor”un şikayətini araşdıraraq rədd edib.

Publika.az xəbər verir ki, Avroliqanın pley-off mərhələsi çərçivəsində keçirilən “Trabzonspor”-“Rostov” oyunundan (2:0) sonra Türkiyə klubu rusların heyətində cəzalı futbolunun oynadığını iddia edərək UEFA-ya müraciət etmişdi.

Türklər iddia edirdilər ki, “Rostov”un müdafiəçisi Redcinal Qoro 4 il əvvəl “Standard”da çıxış edərkən 3 oyunluq cəzalanıb və yalnız 2 oyunda meydanda olmayıb.

“Trabzonspor”un iddiası təsdiqini tapacağı təqdirdə, “Rostov” 0:3 hesablı texniki məğlubiyyət alacaqdı.

Məsələni araşdıran UEFA “Trabzonspor”un iddiasını rədd edib. Bu barədə sosial şəbəkədə vəkil Mixail Prokopeç yazıb. UEFA-nın belə qərarı nəyə əsasən çıxardığı açıqlanmır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm