Leyla gümüşlə gəlir
Bizi izləyin

İdman

Leyla gümüşlə gəlir

Leyla gümüşlə gəlir

Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları davam edir. İkinci yarış günündə yeniyetmə qızlar mübarizə aparıb.

Publika.az xəbər verir ki, 52 kq çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb.

Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. Leyla Qurbanova Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Xatırladaq ki, yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm