Salmanov: “Necə ödəyim, baldırıma iynə vurulub”
Bizi izləyin

İdman

Salmanov: “Necə ödəyim, baldırıma iynə vurulub”

Salmanov: “Necə ödəyim, baldırıma iynə vurulub”

FİFA referisi Anar Salmanovun yeni mövsüm üçün normativləri verə bilmədiyi barədə məlumat vermişdik.

Məsələyə aydınlıq gətirmək üçün Anar Salmanovun özü ilə əlaqə saxladıq. Publika.az-a danışan FİFA referisi zədəsinə görə normativlərdə iştirak etmədiyini dedi:

“Mən normativdə iştirak etmişəm ki, normativi də verə bilməyim?

Bunu hakimlər komitəsinin sədri də bilirdi, həkimimiz də xəbərdar idi ki, mənim baldır hissəmə iynə vurulub. Buna görə normativlərdə iştirak edə bilməzdim. Çünki zədəli idim.

Bu günə qədər mənim heç vaxt normativlə bağlı problemim olmayıb. Həmişə yüksək səviyyədə normativlərimi ödəyirəm. Bu dəfə isə ümumiyyətlə getməmişəm”.

Salmanov Premyer Liqa oyunlarına təyinat almamasına da münasibət bildirdi:

“Mənim bu günə qədər heç kimlə problemim olmayıb. Hər kəsə hörmətim var. Rəhbərlik nə vaxt təyinat verəcək, o zaman da idarə edəcəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm