"Neftçi" "Simurq"a, "Bakı" "Qarabağ"a qarşı
Bizi izləyin

İdman

"Neftçi" "Simurq"a, "Bakı" "Qarabağ"a qarşı

Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulur. Publika.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq.

Əvvəlcə “Neftçi” “Simurq”u qəbul edəcək. Turun qapanış matçı isə son çempion “Qarabağ”la “Bakı” arasında keçiriləcək.

Topaz Premyer Liqası

4-cü tur

31 avqust (bazar)

18:00. Neftçi - Simurq

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov.

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

20:30. Qarabağ - Bakı

Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.

Bakı. "İnter Arena".

Turun digər oyunları: Xəzər Lənkəran - İnter - 1:0, Qəbələ - AZAL - 1:2, Sumqayıt - Araz Naxçıvan - 1:0.

Bombardirlər:

4 - Mikel Alvaro (İnter)

2 - David Janelidze (Araz Naxçıvan), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm