“İmperator” dedi-qodulara son qoydu
Bizi izləyin

İdman

“İmperator” dedi-qodulara son qoydu

“İmperator” dedi-qodulara son qoydu

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Term “Fənərbaxça”lı Volkan Dəmirəli heyətə dəvət etməyib.

Publika.az xəbər verir ki, Türkiyə mediası bunu Terimin “Qalatasaray”lı olması ilə əlaqələndirib. Ancaq imperator bütün dedi-qodulara son qoymaq istəyib. Buna görə açıqlama verib.

Terim bu qərarın Volkan Dəmirəlin lehinə olacağını söyləyib:

“Volkanı formada olduğu zaman da, olmadığı vaxtda da milliyə çağırmışam. Digər futbolçular da daxil olmaqla, onların hamısı mənim övladımdır. Volkanın burada olmamasına qərar vermişəmsə, deməli bu onun da xeyrinə ola biləcək bir işdir. Bu, bu gün yox, sabah olacaq. Bu mövzunu uzatmağın, polemikaya girməyin mənası yoxdur”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm