İbra İsveçin tarixinə fantastik qolla düşdü – VİDEO
Bizi izləyin

İdman

İbra İsveçin tarixinə fantastik qolla düşdü – VİDEO

İbra İsveçin tarixinə fantastik qolla düşdü – VİDEO

Dünən dünyanın futbol meydanlarında milli komandalar yoldaşlıq görüşlıri keçiriblər.

İsveç millisi Estoniya ilə qarşılaşıb. Publika.az xəbər verir ki, bu oyunda dubl edən Zlatan İbrahimoviç İsveç millisinin tarixinə düşüb.

Oyunun 3-cü və 24-cü dəqiqələrində fərqlənən İbra İsveçin heyətində vurduğu qolların sayını 50-yə çatdırıb. Bununla da, ulduz futbolçu Svena Ryudelin rekordunu yeniləyib. Sven İsveç millisnin formasında 49 qol vurmuşdu.

İbrahimoviç rekordunu azarkeşlərə hədiyyə edib. Ulduz futbolçu 2-ci qolu vurduqdan sonra futbolkasını çıxararaq əvvəlcədən geyindiyi maykanın üzərinə yazılmış şüarı nümayiş etdirib – “Bu, sizin sayənizdə mümkün oldu”.

Qeyd edək ki, İbrahimoviç 50 qolu 99 oyunda vurub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm