Xərçəng xəstəsi olan uşağa böyük sürpriz – VİDEO
Bizi izləyin

İdman

Xərçəng xəstəsi olan uşağa böyük sürpriz – VİDEO

Xərçəng xəstəsi olan uşağa böyük sürpriz – VİDEO

Xərçəng xəstəsi olan 13 yaşlı Qohan adlı uşağa azarkeşi olduğu "Vilyarreal"dan böyük sürpriz edilib.

Publika.az xəbər verir ki, Qohan "Vilyarreal"ın "Seltik"lə yoxlama oyununu izləmək üçün stadiona gedib. Onu orda gözləmədiyi halda sevimli komandasının futbolçuları qarşılayaraq, özləriylə paltardəyişmə otağına aparıblar.

Qohana 12 nömrəli formanı geyindirən "Vilyarreal" futbolçuları onun meydana çıxmasına da imkan yaradıblar. “Seltik”in futbolçuları isə ona qol vurmağa da imkan yaradıblar. Xərçəng xəstəliyindən əziyyət çəkən uşaq bütün bunlardan çox sevinib. Ona üstündə öz adı yazılan "Vilyarreal" forması da hədiyyə kimi verilib.

Qeyd edək ki, "Vilyarreal" - "Seltik" oyunu İspaniya komandasının 4:2 hesablı qələbəsiylə başa çatıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm