“Çelsi”yə Türkiyədən sponsor tapıldı
Bizi izləyin

İdman

“Çelsi”yə Türkiyədən sponsor tapıldı

“Çelsi”yə Türkiyədən sponsor tapıldı

“Samsung” ilə forma sponsorluğu başa çatmaq üzrə olan “Çelsi”yə dünyanın nüfuzlu türk şirkətlərindən biri sponsorluq təklif edib.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb.

İddiaya görə, 2005-ci ildən bəri forma sponsorluğu üçün “Samsung”la əməkdaşlıq edən “Çelsi” 2013-cü ildə müqavilənin vaxtını uzatsa da, bu, qısamüddətli olub.

Müqavilə müddətinin qısa olduğunu bilən “Türk Hava Yolları” (THY) isə 22 milyon avroluq təkliflə “Çelsi”yə müraciət edib.

“Çelsi” klubu “Adidas” firması ilə də 10 il müddətə, 360 milyon avroluq müqavilə bağlayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm