“Dəmiryolçular”dan 6 milyon avro tələb edir
Bizi izləyin

İdman

“Dəmiryolçular”dan 6 milyon avro tələb edir

“Dəmiryolçular”dan 6 milyon avro tələb edir

Moskvanın “Lokomotiv” klubu baş məşqçi Kuçukla yollarını ayırıb.

Baş məşqçi komandanın uğursuz çıxışına görə, vəzifəsini itirib. “Dəmiryolşular” Kuçuka 2 milyon avro təzminat ödəyəcək.

Publika.az xəbər verir ki, artıq “Lokomotiv” rəhbərliyi bəzi mütəxəssislərlə danışıqlara başlayıb.

Klub rəhbərliyi Roberto Mançini ilə təmasa keçib. İtalyan mütəxəssis “dəmiryolçular”dan illik 6 milyon avro məvacib tələb edib. “Rostov”u çalışdıran Miodraq Bojoviçin də adı baş məşqçi postuna namizədlər arasındadır.

Rusiya mətbuatının iddiasına görə, “Loko” rəhbərliyi “Rubin”in keçmiş baş məşqçisi Qurban Berdıyevlə də danışıqlar aparır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm