• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yarım milyona köynək, 600 minə saqqız olar? - FOTOLAR

  • İdman
  • 18 Sentyabr 2014 14:10
  • 881 Baxış
Yarım milyona köynək, 600 minə saqqız olar? - FOTOLAR

Beysbol topu üçün bir neçə milyon dollar. Bu, zarafat deyil.

Geniş maliyyə imkanlarına malik olan kolleksionerlər daha nələr toplamır? Demək olar, hər bir şeyin kolleksiyasını yığmaq mümkündür: tarixi əhəmiyyət daşıyan idman aksesuarları və ləvazimatları da bura daxildir.

Bir sıra kolleksionerlər milyon dollara miras qalmış topu, çempionun üzüyünü, köhnə sviteri və Allah bilir daha nələri almaq istəyir. Publika.az milyonçular tərəfindən alınmış ən bahalı idman kolleksiyalarını təqdim edir:

Basketbol meydançasındakı dairə - 325 min dollar

Bəli, burada söhbət Kaliforniya Universitetinin basketbol kortunun bir hissəsindən gedir. UCLA basketbol nöqteyi nəzərindən ən uğurlu universitetlərdən biridir. Əfsanəvi məşqçi Con Vudenin rəhbərliyi altında universitet 10 dəfə Milli Tələbə İdman Cəmiyyətinin (NCAA) çempionu tituluna sahib çıxıb. Bundan əlavə, universitet Kərim Abdul-Cabbar, Bill Uolton və Qeyl Qudriç kimi nəhəngləri peşəkar idmana aparıb. Kaliforniyalıların rəqiblərini darmadağın etdiyi basketbol zalının döşəməsinin UCLA rəhbərliyi tərəfindən 1982-ci ildə dəyişdirilməsi haqda qərar qəbul edilib. Köhnə döşəmə isə 300 min dollara satılıb.

Çempionluq üzüyü - 460,7 min dollar

Amerika Basketbol Assosiasiyasının (ABA) ulduzlarından biri olan Culius İrvinq 461 min dollarlıq çempionluq üzüyü 2011-ci ildə satılıb.

Beysbol papağı - 537,3 min dollar

Beyb Rut 20-ci əsrin tanınmış beysbolçularından biri olub. Məşhür beysbolçu Devid Uels isə onun pərəstişkarı və məşhur kolleksionerlərdən hesab olunur. Uels kumiri Beybi Rutun 1930-cu illərdə geyindiyi papağı 537,3 min dollara satıb.

Ferqyussonun saqqızı - 592 min dollar

2013-cü ildə azarkeşlərdən biri Aleks Ferqyussonun “Mançester Yunayted”in oyunlarından birində yerə atdığı saqqızı satışa çıxardı. Saqqız uğrunda əməlli başlı müharibə getdi. Son anda saqqız yarım milyon dollara satıldı.

1896-cı il İngiltərə kuboku-786,5 dollar

1896-cı ildə hazırlanmış İngiltərə kubokunu 2005-ci ildə “Birmingem Sitinin” keçmiş sahibi Devid Qold alıb. Sonradan isə o kuboku hamının görə biləcəyi yerə qoyub.

Məhəmməd Əlinin əlcəkləri - 1,1 milyon dollar

1965-ci ildə Əli rinqdə Floyd Patterson ilə görüşüb. Bu oğlanlar rinqdə boks yarışmasına yox, sanki dini-siyasi mübarizəyə çıxmışdı. Əli rəqibinin öhdəsindən gəlir. Həmin döyüşdə Əlinin geyindiyi əlcəklər bir milyon dollardan baha satılıb.

Hendersonun sviteri-1,25 milyon dollar

1972-ci ildə SSRİ ilə Kanada arasında keçirilən superseriyanın sonuncu oyununda Henderson qələbə qolunu vurur. Onun həmin qarşılaşmada geyindiyi sviter 1,25 milyon dollara satılıb.

1859-cu ilin futbol qaydaları-1,4 milyon dollar

1859-cu ildə Şeffildin futbol klubu 11 insanın topla oynama qaydaları haqda kitabça buraxıb. İdman tarixi üçün böyük əhəmiyyət daşıyan bu buklet 2011-ci ildə fantastik qiymətə satılıb.

Vaqnerin beysbol kartı - 3 milyon dollar

Vaqner beysbol tarixinin ən dahi oyunçularından biri olub. Honusun təsvir olunduğu kart 1909-cu ildə buraxılıb. 2007-ci ildə kart 3 milyon dollara satılıb.

Makquayrın topu - 3 milyon dollar

Amerikanlar beysbolu və bu idmanla bağlı olan hər şeyi sevir. Oyun zamanı rekord göstərici ilə kənara uçmuş beysbol topu çox vaxt hərraca çıxarılır. Mak Makquayr isə 1998-ci ildə rekord göstərici ilə topa zərbə endirib. Top ağlagəlməz qiymətə satılıb.

Basketbol qaydaları - 4,34 milyon dollar

1891-ci ildə Kanzas universitetinin professoru Neysmit dünyaya basketbol kimi oyun bəxş edərək onun qayda və qanunlarını yazıb. Düz 119 ildən sonra basketbol qaydaları hərracda 4,34 milyon dollara satılıb.

Rutun futbolkası - 4,4 milyon dollar

Beysbolçu Beyb Rutun “Yankiz” klubu ilə imzaladığı müqavilə 996 min dollar, oyun ağacı isə 1,265 milyon dollara satılıb. Oyun zamanı geydiyi futbolka isə 940 milyon dollara satılıb. 2012-ci ildə isə onun “Nyu-York”un heyətində geyindiyi futbolka fantastik qiymətə satılıb.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR