İspaniyada ara qarışıb – “Malaqa” da oyun satıb?
Bizi izləyin

İdman

İspaniyada ara qarışıb – “Malaqa” da oyun satıb?

İspaniyada ara qarışıb – “Malaqa” da oyun satıb?

İspaniyada oyun alqı-satqısı ilə bağlı araşdırmaların aparıldığı barədə məlumat vermişdik.

Hüquq-mühafizə orqanları 2011-ci ildə keçirilən “Levante”-“Saraqosa” oyununa görə 20 futbolçunu istintaqa cəlb edib. Publika.az xəbər verir ki, şübhəli oyunların sırasına daha biri əlavə olunub. Söhbət 2013/14 mövsümünün 36-cı turunda keçirilmiş “Malaqa” – “Elçe” oyunundan gedir.

Şübhələr “Elçe”nin bank hesabı yoxlanılarkən yaranıb. Həmin vaxt komandanın bank hesabından külli miqdarda pul axını reallaşdırılıb.

“Malaqa”-“Elçe” oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə “Elçe”yə yüksək liqada yerini qorumaq üçün yetərli olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm