İnfeksiyaya yoluxan futbolçu yoxa çıxıb
Bizi izləyin

İdman

İnfeksiyaya yoluxan futbolçu yoxa çıxıb

İnfeksiyaya yoluxan futbolçu yoxa çıxıb

"Reyms" klubunun hücumçusu David N-Qoq yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "L`Equipe" nəşri məlumat yayıb. Klub rəhbərliyinin futbolçunun harada olması haqqında məlumatı yoxdur. N-Qoq özü bir müddət öncə infeksion xəstəliyə yoluxduğunu və müalicəsini təcrid olunmuş şəraitdə davam etdirəcəyini bildirmişdi.

Qeyd edək ki, 25 yaşlı N-Qoq karyerasının əksər hissəsini İngiltərədə keçirib. Azarkeşlər onu “Liverpul”, “Bolton” və “Suonsi” klublarındakı çıxışları ilə xatırlayır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm