Türkləri Londonda həbs etdilər
Bizi izləyin

İdman

Türkləri Londonda həbs etdilər

Türkləri Londonda həbs etdilər

Çempionlar Liqasının 2-ci turunda "Arsenal"ın qonağı olan "Qalatasaray" böyük hesablı məğlubiyyətlə (1:4) barışmalı oldu.

Publika.az xəbər verir ki, oyundan öncə və oyun vaxtı gərginlik yaşanıb. Matçdan öncə Britaniya polisi 6 azarkeşi saxlayıb. Bununla yanaşı, stadiona fişənglə girmək istəyən daha 2 azarkeş də nəzarətə atılıb. Polis hər şeyin araşdırmalardan sonra məlum olacağını bildirib.

Oyun zamanı "Qalatasaray" azarkeşləri "Emirates"də pirotexniki məmulatlardan istifadə edib ki, bu məsələyə də UEFA-da baxılacaq.

Qurum araşdırmalardan sonra məsələ ilə bağlı qərar verəcək. İstanbul klubuna ən azı yüksək məbləğdə pul cəriməsi tətbiq edilə bilər.

Mətbuat “Qalatasray” rəhbərliyindən həbs olunan azarkeşlərlə bağlı fikirlərini öyrənmək istəsə də, klubdan heç kim bu barədə açıqlama verməyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm