Həbsxanadan çıxdıqdan sonra hər kəsi özünə heyran etdi - FOTO
Bizi izləyin

İdman

Həbsxanadan çıxdıqdan sonra hər kəsi özünə heyran etdi - FOTO

Dörd il əvvəl Almaniyada soyğunçuluq edib adam yaraladığı üçün 3 il 9 ay həbs cəzası alan futbolçu Süleyman Koç həbsdən çıxdıqdan sonra Bundesliqadakı oyunu ilə hər kəsin diqqətini çəkir.

İndi bütün Almaniya mətbuatı bu adamdan, onun əzmindən yazır.

Publika.az xəbər verir ki. "Paderborn" klubunun 24 yaşlı oyunçusu ona verilən cəzanın 1 ilini çəkib. Bundan sonra ötən mövsüm yeni komandası ilə Bundesliqaya yüksəlib.

Futbolçu hətta "Bayer" (Leverkuzen) klubu ilə oyunda baxımlı qolla da yadda qalıb.

Koçun soyğunçuluq edən tərəfdaşları arasında türk əsilli başqa bir oyunçu da olub. Onun adı Quido Koçerdir. Həmin futbolçunun da bu mövsüm Türkiyənin "Gənclərbirliyi" klubuna keçidi baş tutub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm