Boksçunun qardaşından açıqlama: “Məhəmməd Əli ölüm yatağındadır” – FOTOLAR
Bizi izləyin

İdman

Boksçunun qardaşından açıqlama: “Məhəmməd Əli ölüm yatağındadır” – FOTOLAR

Əfsanəvi boksçu Məhəmməd Əli öz həyatı barədə filmin ilk nümayişində iştirak edə bilməyib.

Publika.az-ın məlumatına görə, qardaşı Rahman boksçu Əlinin ağır vəziyyətdə olduğunu deyib. O, idman əfsanəsinin danışa bilmədiyini bildirib:

"Xəstəliyi ilə əlaqədar özü haqda filmlə bağlı qardaşımla ünsiyyət imkanım olmayıb. Əli çətin danışır. Amma onun üçün bir araya gəlməyimizlə qürur duyur".

Həmçinin Rahman Əli 71 yaşlı əfsanənin vəziyyətinin bu qədər pis olmasının əsl səbəbinin Parkinson xəstəliyi yox, 26 illik həyat yoldaşı Lonni olduğunu bildirib:

"O, qardaşımı bizdən aldı. Məhəmməd hansı fırıldaqların baş verdiyini anlasa, çox əsəbiləşərdi. Hazırda o, ölüm yatağındadır”.

Qeyd edək ki, Parkinson xəstəliyindən əziyyət çəkən məşhur boksçudan bəhs edən "I am Ali" ("Mən Əliyəm") sənədli filmi noyabrın 28-dən satışa çıxarılacaq.

Xatırladaq ki, Məhəmməd Əli 1960-cı ildə yarımağır çəkidə olimpiya, habelə ağır çəkidə peşəkarlar arasında üçqat dünya çempionluğu qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm