Boşandığına görə 25 min təzminat ödəyəcək
Bizi izləyin

İdman

Boşandığına görə 25 min təzminat ödəyəcək

PSJ-nin oyunçusu Edinson Kavani 6 illik həyat yoldaşı Maria Soledadan ayrılıb.

Publika.az xəbər verir ki, bu ayrılıq ona baha başa gəlib. Neapol məhkəməsinin qərarı ilə Kavani hər ay keçmiş həyat yoldaşına 25 min avro ödəyəcək.

Hakimin qərarı elan etməsindən sonra Kavani vəkiliylə birgə məhkəmə binasını arxa qapıdan tərk edib ki, jurnalistlərin diqqətini çəkməsin.

Son məlumatlara görə, Kavani Parisi tərk edib İngiltərəyə köçmək istəyir. Onunla “Liverpul” və “Arsenal”ın maraqlandığı bildirilir.

Aygün İlqarıqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm