Erməni idmançı Azərbaycana gəlməyə qərar verdi
Bizi izləyin

İdman

Erməni idmançı Azərbaycana gəlməyə qərar verdi

Erməni qrossmeyster Levon Aronyan 2015-ci ildə Bakıda keçiriləcək Dünya Kubokunda iştirak etməyə razılıq verib.

Publika.az xəbər verir ki, onun bu qərarı Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İllümjinovun İrəvana səfərindən sonra bəlli olub.


İllümjinovun köməkçisi Berik Balqabayev "Tvitter" hesabında bu barədə yazıb:

“Ermənistan prezidenti Serj Sərkisyan adından verilən naharda Aronyan turnirə qatılacağını deyib”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm