Azərbaycanlı idmançıların da iştirak etdiyi yarışda tərbiyəsizlik
Bizi izləyin

İdman

Azərbaycanlı idmançıların da iştirak etdiyi yarışda tərbiyəsizlik

Boks üzrə Gənclər arasında Xorvatiyada baş tutan boks üzrə Avropa çempionatında ilginc hadisə yaşanıb.

Publika.az xəbər verir ki, xorvatiyalı boksçu Vido Lonkar rəqibinə uduzub. Ancaq hakim qalibi elan etməyə imkan tapmayıb. Səbəb idmançının hakimə hücum edərək ona ardıcıl zərbələr endirməsi olub.

Boksçunun zərbələrindən sonra hakim sözün əsl mənasında nokauta düşüb. Rinqin kənarında dayanan digər hakim Vidonun ayağından dartaraq onu yerə salıb. Bununla da o, hakimi gözü qızmış boksçudan xilas edib.

Digər diqqətçəkən məqam isə Lonkarın hakimi döydüyü zaman ona qalib gələn rəqibinin hadisəyə müdaxilə etmədən rinqdən qaçması olub.

Qeyd edək ki, Xorvatiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisi də iştirak edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm