Dünyanı şoka salan oyun - Utanmadan, qorxmadan ... – VİDEO
Bizi izləyin

İdman

Dünyanı şoka salan oyun - Utanmadan, qorxmadan ... – VİDEO

İndoneziyanın "Divisio Utama" adlı ikinci liqasında "PSS Sleman" və "PSİS Semaranq" klubları arasında baş tutan matçda qəribə olay yaşanıb.

Reqlamentə görə, ilk iki pilləni tutan komandalar yüksək liqaya yüksəlməli idi. Matçın son 10 dəqiqəsində 5 qol vurulub. Ancaq bütün qollar səhv qapılara vurulub.

Bununla da "PSS Sleman" matçdan 3:2 hesabıyla qalib ayrılıb. Hər iki klub yüksək liqaya vəsiqə qazanıblar.

Üstəlik, utanmadan, qorxmadan, açıq şəkildə danışılmış oyunun videoları internetdə yayılıb.

Ali qurumun - FİFA-nın bu matçı araşdırıb-araşdırmayacağı isə hər kəsin maraq dairəsinə düşüb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm