• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Stadionda “pilotsuz təyyarə” olmayacaq

  • İdman
  • 31 Oktyabr 2014 13:48
  • 368 Baxış
Stadionda “pilotsuz təyyarə” olmayacaq

İngiltərədə Mançester derbisi baş tutacaq.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın hüquq mühafizə orqanları da bu oyuna ciddi hazırlaşır.

“Mançester Siti” – “Mançester Yunayted” qarşılaşması noyabrın 2-də Bakı vaxtı ilə saat 17:30-da Etihad stadionunda keçiriləcək.

Premyer Liqanın 10-cu turunun mərkəzi qarşılaşmasında hər hansı insidentin yaşanmaması üçün ən yüksək səviyyədə tədbirlər görülür.

Xatırladaq ki, iki həftə əvvəl MS - “Tottenhem” matçında (4:1) arenanın üzərində uçan “naməlum obyekt”ə (pilotsuz təyyarə) görə polis bir nəfəri həbs etmişdi.

Qeyd edək ki, Mançester şəhərinin hüquq mühafizə orqanlarına ciddi tapşırıq verilib. Təkcə MY azarkeşlərinin stadiona gəlişini və tribunalarda təhlükəsizliyin qorunmasını təmin etmək 400 asayiş keşikçisinə tapşırılıb.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR